Türkiyədə Milli Görüş Hərəkatının tanınmış siması koronavirusdan həyatını itirdi

  • 15:42 - 02 Aprel

Türkiyənin Səadət Partiyasının tanınmış simaları Ramiz  Samasti və Hasan Kirazlıdan sonra, Milli Görüş Hərəkatının tanınmış simalarından olan Əkrem Yapıcı da  koronavirus epidemiyasından həyatını itirib.

Avropa.info xəbər verir ki, bu haqda Türkiyədə nəşr olunan "Milli Qəzet" məlumat yayıb. 

Saadet Partiyasının İstanbul vilayətinin sədri  Abdullah Sevim də sosial media hesabından xəbəri təsdiq edib:

"Milli Görüş Hərəkatında birlikdə çalışdığımız  Əkrem Yapıcının koronavirus səbəbiylə öldüyünü öyrəndim. Əkrəm qardaşıma Allahdan rəhmət diləyir , ailəsinə başsağlığı verirəm."


Oxunma sayı: 6733

Oxşar yazılar