Ağ Partiyadan hökumətə koronavirusla bağlı 15 maddəlik təkliflər paketi

  • 15:08 - 02 Aprel

Ağ Partiya (Vahid Azərbaycan Partiyası) koronavirusla bağlı hökumətə təkliflər ünvanlayıb. 

Avropa.info həmin təkliflər paketini təqdim edir:

Koronavirusla bağlı bu gün hər kəs öz üzərinə düşəni layiqincə yerinə yetirməlidir. Burada ilk növbədə vətəndaşların bu məsələdə məsuliyyətlərini dərk etmələri ilə yanaşı, müəyyən qadağalara riayət etmələri və önləyici tədbirləri almalarıdır. Digər tərəfdən isə dövlət də eyni qaydada vətəndaşına sahib çıxmalı və hakimiyyətdə olanlar üzərinə düşəni layiqincə yerinə yetirməlidirlər. 

Koronovirusla bağlı təkliflər paketi: 

1. Banklara ödənməli olan kredit faizləri 01.03.2020-ci il tarixdən koronovirusla bağlı karantin müddəti bitənədək dayandırılmalıdır. 

2. Kiçik və orta biznes sektorunda çalışan iş adamları bu dönəmdə gəlir vergisindən azad edilməlidir. 

3. Bütün banklar, istisnasız olaraq, işçilər arasında növbəli iş qrafiki rejimi ilə çalışmalıdırlar. Çünki bir çox ailələrə Rusiya və ya digər xarici ölkələrdə çalışan ailə üzvləri tərəfindən pul göndərilir. Hal- hazırda bu maddi dəstəkdən vətəndaşları məhrum etmək yol verilməzdir. 

4. Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi təcili olaraq hökümətə sosil yardım paketini təqdim etməli və bu yardım qısa müddətdə əhaliyə ünvanlı şəkildə çatdırılmalıdır. 

5. Kənd rayonlarında, əsasən də kəndlərdə əhalinin qida təminatınına dəstək məqsədi ilə, ünvanlı olaraq ev heyvanlarının alınmasına kənd təsərrüfatı nazirliyi xətti ilə, hökümətin proqramı çərçivəsində yardım olunmalıdır. 

6. Əhalinin böyük əksəriyyətinin “EVDƏ QAL” rejimində yaşaması zamanı kommunal xərclərin 50-70% artmasını və gəlirlərin kəskin şəkildə azaldığını, bəzən isə sıfıra bərabər olduğunu nəzərə alaraq, bu dönəmdə kommunal xərclərdə ciddi güzəşt olunmalı və ya qaz və elektrik istismarındakı “LİMİT” aradan qaldırılmalıdır. 

7. Ölkəyə idxal olunan mallara, əsasən də qida məhsullarına sanitar-karantin nəzarəti və yoxlanışı gücləndirilməlir. 

8. Azərbaycan Respublikası ərazisinə idxal edilən ərzaq və yeyinti məhsulları bu dönəmdə idxal rüsumundan azad edilməli. Burada məqsəd ölkə ərazisində qida məhsullarına qiymət artımını önləməkdir. 

9. Bütün içtimai nəqliyyat vasitələri (metro, avtobus, ölkədaxili sürət qatarları) hər gün dezinfeksiya olunmalıdır. 

10. Respublika üzrə yerli GEM-lərə (Gigiyena və Epidemiyalogiya Mərkəzlərinə) göstəriş verilməlidir ki, istisnasız olaraq, əhalinin xidmətinə qapadılan bütün təhsil müəssisələri və uşaq bağçaları, mollar, ticarət obyektləri, restoranlar, kafelər və s. ciddi şəkildə dövlət hesabına dezinfeksiya edilsin.

 11. Karantin müddətində təhsildəki geriləməni aradan qaldırmaq üçün orta məktəblərdə, texnikumlarda, universitetlərdə distant təhsil sisteminin tətbiqini gücləndirmək lazımdır. 

12. Koronovirusla önləyici tədbirlər sırasına daxil olan, maska, spirt və ya başqa dezinfektorlar limitli qaydada əhaliyə pulsuz paylanmalıdır.

13. Həmin önləyici vasitələrin və preparatların satışında da fasiləsizlik təmin olunmalı və bu yondə möhtəkirlik və spekulyativ hallara yol verənlər dərhal aşkar edilməli və cinayət məsuliyyətinə cəlb olunmalıdır. 

14. Bütün marketlərdə giriş zamanı müştərilərin əlləri məcburi qaydada dezinfeksiya olunmalıdır. 

15. İçtimai nəqliyyatda nəzarət gücləndirilməlidir ki, sərnişinlərin daşınması yalnız oturaq və məsafəli qaydada həyata keçirilsin. Bu dönəmdə, sərnişin daşımada, nəqliyyat vasitələrinin içərisində birmənalı olaraq sıxlığa yol vermək olmaz. Təəssüflər olsun ki, son 2-3 gündə bəzi avtobuslarda və metro stansiyalarında buna rast gəlmək olar. Bu gün Koronovirus adlı pandemiyanın bütün dünya üçün təhlükəyə çevrildiyi bir dönəmdə, “fürsət”dən istifadə edərək, provokasiya yapan hər bir fərd (informasiya ilə) və ya şirkət mütləq cəzalandırılmalıdır. İnsanlar arasında süni panika yayan və xalqımız üçün çətin olan bir dövrdə, süni qiymət artımı yaradan “işbazlar” da ifşa edilməli və qanun qarşısında cavab verməlidirlər. Düşünürəm, biz xalq olaraq üzərimizə düşən intizamlı olmağımız və önləyici tədbirləri almağımızla bu virusa qalib gələcəyik. Bu bir sınaq dövrüdür. Və bu sınaqdan üzü ağ çıxmaq üçün millət-dövlət birliyi çox vacibdir. 

Ramin Əbilov AĞ Partiya başqan müşaviri
 


Oxunma sayı: 10418

Oxşar yazılar