İspaniyada ölü sayı 10 mini keçdi - İranda yoluxma halı çoxalır

  • 14:27 - 02 Aprel

İspaniyada Kovid-19 epidemiyası üzündən ölənlərin sayı sutka ərzində 950 nəfər artaraq 10003 nəfərə qalxıb.

Avropa.info xəbər verir ki, İranda isə bir sutkada 124 ölüm faktı qeydə alınıb. Epidemiya başladığı gündən bəri ölənlərin sayı 3160 nəfərdir. 2 min 875 nəfərdə yeni yoluxma halı qeydə alınıb.

Səhiyyə naziri sözçüsü Kiyanuş Cihanpurun açıqlmasın görə, ümumi yoluxma halı 50468, ölüm faktı 3160 nəfərdir. Yoluxan şəxslərdən 3956 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. 16711 nəfər isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, İranda Kovid-19 ilk dəfə 19 fevralda qeydə alınmışdı.

Dünya üzrə koronovirusa yoluxub sağalanların sayı 200 min 317 nəfər olub. Ən çox sağalma Çində qeydə alınıb - 76 min 408 nəfər.


Oxunma sayı: 4841

Oxşar yazılar