Sərnişin sıxlığının olduğu rayon və şəhərlər açıqlandı

  • 14:31 - 02 Aprel

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) ictimai nəqliyyatda sərnişin sıxlığının müşahidə edildiyi rayon və şəhərlərin adlarını açıqlayıb.

Avropa.info-nun məlumatına əsasən, DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, bu gün ictimia nəqliyyatdan istifadəyə görə ən çox sərnişin sıxlığı Gəncə, Mingəçevr şəhərlərində, Lənkəran, Quba, Şəki,Şəmkir, Gədəbəy, Yevlax, Bərdə rayonlarında müşahidə edilir.

“Gəncə şəhəri üzrə gündəlik 4 min sərnişin daşınır. Rayon və şəhər daxili avtobusların sayında azalma olmasa da hələ də sərnişin sıxlığı müşahidə edilir. Bununla belə sərnişin sıxlığının azaldığı rayonlarımız da var. Goranboy rayonunda da 90 faiz sərnişin sıxlığı azalıb. Astara, Lerik rayonları üzrə də istədiyimiz nəticədən də artığa nail olmuşuq”.

N.Allahyarova bildirib ki, Bakı-Sumqayıt-Abeşron halqası üzrə sərnişin sıxlığı müşahidə edilir:  

“Bakıdan Sumqayıt istiqaməti üzrə 8 müxtəlif marşurut xətti üzrə 30 ədəd avtobus hərəkət edir. Sərnişin sayı əvvəlki dövrlə müqayisədə 80 faizə qədər azalıb. Amma 20 faiz də çoxdur. Biz 95 faiz azalmaya nail olmaq istəyirik”.


Oxunma sayı: 4148

Oxşar yazılar