"Azərbaycanda bütün bölgələrdə koronavirusa yoluxma halları var"

  • 13:58 - 02 Aprel

Azərbaycanda bütün bölgələrdə koronavirusa yoluxma halları var.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, hansı bölgədə yayılma faizinin daha çox olması açıqlanmır:

"Biz, əsasən, yoluxmanı bütün bölgələrdə aşkarlamışıq. Azərbaycanın hər bölgəsində bu fakt təsdiqlənib. Digər tərəfdən, 1 xəstənin keçdiyi yerdən onlarla insanın yoluxduğunu aşkarlamışıq. Bu da insanları sürətli yoluxdurur. Ona görə də tələb edirik ki, evdə qalın, küçələrə çıxıb yoluxmayın və yoluxdurmayın".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.


Oxunma sayı: 7217

Oxşar yazılar