Zərdabda 65 yaşdan yuxarı olan insanların yaşadığı ailələr xüsusi nəzarətə götürüldü – Fotolar

  • 13:16 - 02 Aprel

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə Zərdab rayonu ərazisində riayət olunması üçün zəruri tədbirlər davam etdirilir. 

Rayon İcra Hakimiyyətindən Avropa.info-ya verilən məlumata görə, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq əhali arasında geniş maarifləndirmə işi aparılır, xüsusilə 65 yaşdan yuxarı olan insanların yaşadığı ailələr nəzarətə götürülüb. 

Vətəndaşlar arasında onların şəxsi gigiyena qaydalarına əməl etmələri, təmas imkanlarını minimuma endirmələri, operativ qərargah tərəfindən müəyyən edilmiş hallarda evdən çıxmaları barədə izahetmə-xəbərdarlıq işləri aparılır. Xüsusi karantin rejimi dövründə rayon ərazisində supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılmış, park və istirahət məkanlarına giriş məhdudlaşdırılıb. 

Rayon ərazisində 46 ümumtəhsil müəssisəsinin, 19 uşaq bağçasının, 45 idarə və müəssisənin inzibati binalarında, 62 kommunal, 195 fərdi yaşayış evində, 34 ticarət müəssisəsində dezinfeksiya işlərinin aparılması həyata keçirilmiş, bu işlər bu gün də davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejimin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması məqsədilə Zərdab rayonu ərazisində 37 mobil qrup yaradılmış, qrup üzvləri karantin rejiminin tələbləri və əhali ilə davranış qaydaları barədə təlimatlandırılmış, fərqləndirici sarğı, qoruyucu maska, şəxsi dezinfeksiya-mühafizə vasitələri ilə təmin olunub. 

Bu günədək həmin qruplar tərəfindən rayon ərazisində 7400-dən çox ailədə, o cümlədən həmin ailələrdə yaşayan 2785 nəfər 65 yaşdan yuxarı şəxslər arasında fərdi izahetmə-xəbərdarlıq və maarifləndirmə işləri aparılıb, 160-dan çox 65 yaşdan yuxarı tənha yaşayan şəxslərə evdə sosial xidmət göstərilib, zəruri ərzaq məhsullarının və dərman preparatlarının alınmasına, kommunal ödənişlərin ödənilməsinə müvafiq köməkliklər edilib, 70-dən çox 65 yaşdan yuxarı olan şəxslərə yardım olunub. 

Qeyd olunan bütün tədbirlər rayon ərazisində gündəlik olaraq davam etdirilir.

 

 

 

 

 

 

 

 


Oxunma sayı: 7976

Oxşar yazılar