"Yatırlar və bir daha oyanmırlar" - Rus həkimlər koronovirusdan "qəribə" ölüm halları barədə

  • 12:16 - 02 Aprel

İtaliyada Kovid-19 epidemiyasının ocağı olan Lombardiya vilayətinə köməyə gələn rusiyalı mütəxəssislər xəstəliyin yeni xüsusiyyətlərini müşahidə ediblər.

Avropa.info xəbər verir ki, bu barədə "Moskovski Komsomolets" qəzeti yazır. Qromo şəhərində koronovirus xəstələrinin yataraq bir daha oyanmaması kimi hallar qeydə alınıb. Halbuki bu adamlarda virusun ölümə nəticələnən ciddi simptomları üzə çıxmayıb.

Könüllü həkimlərin işlədiyi pansionatların birində 5 belə "qəribə" xəstənin ölüm halı qeydə alınıb.

Rusiya hərbi həkim-epidemoloqları və ordunun kimyəvi müdafiə üzrə mütəxəssisləri italyan hərbi ekspertlərlə birgə Lombardiyanın 17 pansionatını dezinfeksiya ediblər.


Oxunma sayı: 6238

Oxşar yazılar