Dünya Kovid-19-la mübarizə apararkən, Nigeriyada vəba epidemiyası yayılır

  • 11:49 - 02 Aprel

Nigeriyanın cənub-şərqində sürətlə yayılan vəba epidemiyasında 21 nəfər ölüb.

Avropa.info xəbər verir ki, bu məlumatla ÜST-ün nümayəndəsi Eyo Nora çıxış edib. Ebonyi əyalətində 155 vəba yoluxma halı qeydə alınıb. Nora epidemiya ilə bağlı təşvişə düşən xalqın xəstəxanalara getməyə çağırıb.

Təmiz su qıtlığı və gigiyena normalarının pozulması üzündən ortaya çıxan vəba epidemiyasının qonşu əyalətlərə keçməməsi üçün tədbirlər görülüb.

Nigeriyada təmiz su ehtiyacının təmin olunmaması və tibbi müdaxilənin vaxtında edilməməsi üzündən xəstəlik və ölüm riski artır. Ölkədə malyariya, poliomielit, tif, dizenteriya və meymun çiçək virusu kimi xəstəliklərə tez-tez rast gəlinir.


Oxunma sayı: 6931

Oxşar yazılar