Zəngilanda “prezidentliyə” namizədlərin tərəfdarları arasında kütləvi dava düşdü – Video

  • 10:03 - 02 Aprel

Azərbaycanın işğal altındakı torpaqlarında martın 31-də keçirilmiş qanunsuz "prezident” seçkilərindən sonra  daha çox səs toplamış namizədlərin tərəfdarları arasında kütləvi dava olub.

Avropa.info Moderator.az-a istinadən xəbər verir ki, bəzi erməni saytlarında və sosial şəbəkələrdə yayılan məlumatlara görə, qarşıdurma 27-ci ildir ki, işğal altında alan Zəngilan rayonumuzun "Muş” adlandırılmış Məlikli kəndində baş verib. 

Kəndin "icra nümayəndəsi” Petros Avetisyan başda olmaqla  "seçki”lərdə daha çox səs qazandığı iddia edilən Araik Arutyunyanın tərəfdarları  digər namizəd Masis Mailyanın tərəfdarlarına hücum çəkib. Kütləvi davada bıçaq yarası alanlar da olub.

Məlumata görə, kəndin "başçısı” P.Avetisyan "seçki” günü kəndin küçələrində avtomobillə gəzərək qışqırırmış: "Heç kəs mənim, xüsusən də Araikin əleyhinə gedə bilməz, gedənin ayaqlarını sındıraram...” Masis Mailyanın tərəfdarları bu çağırışları eşitdikdən sonra vəziyyət gərginləşib.


Oxunma sayı: 7217

Oxşar yazılar