Çinlə bağlı şok iddia: Əgər doğru çıxarsa, ortalıq qarışacaq – Xəstələrlə bağlı bilərəkdən səhv məlumat yayılıb

  • 09:42 - 02 Aprel

ABŞ kəşfiyyatının Çinin koronavirus (Kovid-19) epidemiyasının real miqyasının bütün dünyadan gizlətdiyinə dair hesabat hazırladığı barədə məlumat yayılıb.

Avropa.info bildirir ki, bu barədə "Bloomberg" adlarını açıqlamadığı 3 ABŞ rəsmisinə istinadən məlumat verib.

Keçən həftə Ağ Evə təqdim edilən hesabatda Çinin ölkədə Kovid-19 epidemiyasının və ölənlərin sayını bilərəkdən gizlətməsi barədə məlumatların yer aldığı bildirilib.

Hesabatda 2019-cu ilin sonlarında Uhanda baş verən epidemiyadan sonra Çinin statistikaya yalnız simptomatik xəstələrin daxil etdiyi vurğulanıb və qeyd edilib ki, Hubey əyalətindəki minlərlə cənazə görüntüləri şübhə çəkib.

Hesabatda Çinlə yanaşı, İran, Rusiya, Şimali Koreya, Səudiyyə Ərəbistanı və Misir də daxil olmaqla bəzi ölkələrin açıqladığı rəqəmlərin şübhə doğurduğu qeyd edilib.

Johns Hopkins Universitetindən məlumatına görə, hazırda Çində Kovid-19-a yoluxan 82 000 nəfər insan və 3 300 ölən var.


Oxunma sayı: 16501

Oxşar yazılar