Dünyada koronavirusa yoluxanların sayı 823 min nəfəri keçdi

  • 09:35 - 02 Aprel

Aprelin 1-də Cenevrə vaxtı ilə saat 10:00-a olan məlumata görə, dünyada yeni koronavirusla yoluxma hadisəsi 823 626, 40 598 ölüm hadisəsi qeydə alınıb.

Avropa.info bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündəlik bülletenində bildirib.

Statistikaya əsasən, sutka ərzində yoluxanların sayı 72 mindən çox nəfər artıb, ölənlərin sayı 4 193 nəfər artıb. Ən çox xəstələnən və ölüm halları Avropa Bölgəsində qeydə alınıb - müvafiq olaraq 464,212 və 30,089 hal. Orada sutka ərzində xəstələnənlərin sayı 40 266 nəfər artıb, ölüm hadisələri isə 3995 nəfər artıb.

Şimali və Cənubi Amerikada ümumilikdə 188 751 nəfər koronavirusa yoluxub, 3400 nəfər vəfat edib. Xəstələnməyə görə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit Okean bölgəsi tutur. Aprelin 1-nə olan məlumata görə, orada 106422 hadisə və 3701 ölüm hadisəsi qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının ölkələr üzrə yaydığı cədvəlindən göründüyü kimi, ən çox yoluxanlar ABŞ-da qeydə alınmışdır - 163 199 nəfər. Bunun ardınca İtaliya (105,792), İspaniya (94,417), Çin (82,631) və Almaniya (67,366) gəlir.


Oxunma sayı: 2179

Oxşar yazılar