Yaşayış evində partlayış: 1 nəfər ağır xəsarət alıb

  • 09:15 - 02 Aprel

Göygöldə evdə partlayış baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Yenizod kəndində qeydə alınıb.

Belə ki, Gəncə sakini, 1966-cı il təvəllüdlü Hacıyev Fuad Sultan oğlu bədənin 70-80 faiz ağır dərəcəli yanığı ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib. Hazırda xəstənin Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ilkin məlumata görə, hadisə yaşayış evində qaz sızması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 3279

Oxşar yazılar