“Bakıxanov bazarı”ndakı yanğın söndürüldü - FOTO, VİDEO, YENİLƏNİB

  • 01:46 - 02 Aprel

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində bir neçə yanaşı mağazada yanğın başlayıb.

APA xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğının ərazidəki velosiped satışı ilə məşğul olan mağazadan başladığı bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Sabunçu rayonunda yanğın baş verib.

Hadisə Bakıxanov qəsəbəsində, “Bakıxanov bazarı” adlanan ərazidə qeydə alınıb.

İlkin məlumata görə, velosiped mağazasında yaranan qısaqapanma yanğına səbəb olub.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin altı texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun əhatəsi genişlənib və obyektə bitişik digər mağazalara da keçib.

Yanğın söndürülüb, hazırda soyutma işləri görülür. Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 8482

Oxşar yazılar