ABŞ Federal Təhqiqatlar Bürosunun sırr saxladığı gizli koronavirus sənədləri ortaya çıxdı - Çinli alim 1 il öncə ABŞ-a gəldi və... (FOTOFAKT)

  • 00:01 - 02 Aprel

Dünyada koronavirusa yoluxanların sayı təxminən 860 min nəfərə çatıb. 

Avropa.info  xəbər verir ki, koronavirus nəticəsində ölənlərin sayı 42300 nəfəri  keçib. 

Bəzi elm adamları bunun əksini söyləsələr də, koronavirus epidemiyasının bir bioloji  silah olaraq rəqib gücləri  zəiflətmək məqsədi ilə planlı şəkildə yayıldığı iddia edilir. Bəzi kəsimlər tərəfindən bu ehtimal mümkünsüz sayılsa da, ortaya çıxan bəzi dəlillər, koronavirusun bioloji silah olma ehtimalının zəif olmadığını göstərir. 

Belə ki, dünyanın ən ölümcül viruslarından bəzilərinin örnəklərini daşıyan bir elm adamının ABŞ-da yaxalanmasına dair narahatedici dəlillər yayılıb.

2018-ci ilin sonunda, Çində ilk koronavirus hadisələrinin başlamasından düz on iki ay əvvəl SARS və MERS viruslarının nümunələrini ABŞ-a gətirən çinli bir alim Birləşmiş Ştatlar gömrükçüləri tərəfindən saxlanılıb.

Koronavirus epidemiyası ortaya çıxandan sonra, çinli alimin saxlanılması ilə bağlı ABŞ Federal Təhqiqatlar Bürosunun gizli hesabatı yayılıb. Hesabatda aşağıdakı ifadələr yer alır: "İstintaqdan sonra ələ keçirilən kiçik dərman şüşələrindəki materiallar, Orta Şərq Tənəffüs Sindromu (MERS) və Şiddətli Kəskin Tənəffüs Sindromu xəstəliklərinə yol aça biləcəyinə inanılmasına yol açdı."

Foto - Bazı kesimler tarafından bu ithimal neredeyse imkansız olarak görülse de, orataya çıkan yeni kanıtlar aslında o kadar da düşük bir ihtimal olmadığını ortaya çıkardı.

Əldə edilən üçüncü bir flakonda, ölümcül bir qida zəhərlənməsi böcəyi  olan E Coli böcəyi tapılıb. Sənədləşdirilməmiş bu virus nümunələri ABŞ elm adamları tərəfindən ciddi bir təhlükə olaraq görülüb.

Sənəd ortaya çıxdıqdan sonra, Federal Təhqiqatlar Bürosu məsələylə bağlı açıqlama verməyi və çinli alimin kimliyini açıqlamağı rədd edib.

Avropa.info


Oxunma sayı: 69807

Oxşar yazılar