Fransada koronavirus qurbanlarının sayı 4 min nəfəri ötdü

  • 23:42 - 01 Aprel

Fransa xəstəxanalarında son 24 saat ərzində 509 nəfər koronavirusdan dünyasını dəyişib.

Avropa.info report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə departamentinin rəhbəri Jerom Salomon keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, ümumilikdə ölkədə 4 032 nəfər koronavirusun qurbanı olub.

Onun sözlərinə görə, 24 000 nəfərə COVID-19 diaqnozu qoyulub, 6 017 pasiyent reanimasiyada müalicə olunur.

Jerom Salomonun sözlərinə görə, reanimasiyada müalicə alanların 80 nəfərinin yaşı 30-dan azdır.


Oxunma sayı: 5490

Oxşar yazılar