Ərdoğanla Putin arasında telefon danışığı olub

  • 22:23 - 01 Aprel

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. 

Avropa.info xəbər verir ki, iki lider  telefon danışığı zamanı lkoronavirus pandemiyasının yayılması ilə bağlı mövcud vəziyyəti müzakirə ediblər. 

Dövlət başçıları bir-birilərini bu infeksiyaya qarşı mübarizə tədbirləri ilə bağlı məlumatlandırıblar. Türkiyədə olan Rusiya vətəndaşlarının vətənə qayıtması məsələsində əməkdaşlığa xüsusi diqqət ayrılıb.

 


Oxunma sayı: 5512

Oxşar yazılar