Ukrayna istehsal etdiyi raketi sınaqdan keçirib

  • 20:14 - 01 Aprel

Ukraynanın Odessa vilayətində 120 kilometr məsafəlik “Olxa-M” raketi uğurla sınaqdan keçirilib. 

Avropa.info xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının saytında məlumat yerləşdirilib. 

Bu raket Ukraynanın müdafiə sənayesi kompleksinin müəssisələri tərəfindən hazırlanıb. Raketin Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları üçün güclü silah olacağı gözlənilir. Yaxın vaxtlarda silah Ukrayna Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.


Oxunma sayı: 5831

Oxşar yazılar