ÜST: Tacikistanda koronavirus yoxdur

  • 19:57 - 01 Aprel

Dünya Səhiyyə Təşkilatının (DST) Tacikistandakı nümayəndəsi Qalina Perfilyova bu ölkədə COVID-19 virusunun olmadığını təsdiqləyib və əhalini gigiyenaya əməl etməyə, insanların kütləvi toplandığı yerlərdən uzaq durmağa çağırıb.

Bu barədə Toçikiston telekanalı xəbər yayıb.

DST nümayəndəsi bildirib ki, hazırda bütün dünya yeni koronavirusla mübarizə aparır, yoluxma halları demək olar ki, bütün ölkələrdə müşahidə edilir. Tacikistan və Türkmənistan regiondakı 55 ölkə arasında COVID-19 qeydə alınmayan yeganə dövlətlərdir.

Perfilyova indiyə qədər respublikada 700-dən çox koronavirus testi həyata keçirildiyini və bütün nəticələrin mənfi olduğunu deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi DST-nin bu testlərə etibar etməsindən rəsmən əmin olması məqsədilə test materiallarını Moskva və Londona göndərib və təkrar analizlər də mənfi nəticələnib.

Xatırladaq ki, Tacikistan şərq tərəfdən koronavirusun bütün dünyaya yayıldığı Çinlə həmsərhəddir.


Oxunma sayı: 6854

Oxşar yazılar