Çempionlar Liqasında yeni mövsüm oktyabrda başlayacaq

  • 19:40 - 01 Aprel

UEFA avrokubokların 2019/20 mövsümünün bərpasını iyula qədər təxirə salıb.

Avropa.info apasport.az-a istinadən xəbər verir ki, bu qərar milli assosiasiyaların nümayəndələri ilə bugünkü iclasda verilib.

Qurum avrokubok mövsümünün koronavirus pandemiyası üzündən baş tutmayan oyunlarını iyul-avqust aylarında keçirməyi planlaşdırır. Bu baş tutsa, növbəti mövsüm də gec başlayacaq. 

Belə olan halda Çempionlar Liqasının 2020/21 mövsümünün oktyabrın 14-21-də başlayacaq. Milli assosiasiyalar çempionatların sona çatdırılması üçün iyundakı yay fasiləsindən imtina etməyə razılıq verib.

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqası 1/8 final mərhələsində dayanıb.


Oxunma sayı: 15214

Oxşar yazılar