Latviya XİN Dağlıq Qarabağda keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib

  • 19:22 - 01 Aprel

Latviya XİN-in rəsmi “Twitter” hesabında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma prezident və parlament seçkiləri ilə əlaqədar bəyanat yayılıb. 

Avropa.info xəbər verir ki, bəyanatda Latviya tərəfinin “Dağlıq Qarabağda keçirilən qondarma prezident və parlament seçkilərini legitim olaraq tanımadığı” bildirilir. Həmçinin Latviyanın “ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləməyə davam etdiyi” qeyd olunub. 
 


Oxunma sayı: 3939

Oxşar yazılar