Serbiyada hökumət üzvü koronavirusdan öldü

  • 18:52 - 01 Aprel

Serbiyanın Ətraf Mühit Nazirliyinin 63 yaşlı dövlət katibi (nazir müavini) Branislav Blajiç koronovirusdan ölüb. 

Blajiç infeksiyaya yoluxub və Belqradda müalicə olunduğu xəstəxanada ölüb. 

Qeyd edək ki, son sutkada Serbiyada koronavirusa yoluxanların sayı 115 nəfər artaraq 900-ə çatıb. Ölkə üzrə infeksiyadan ölənlərin sayı isə 23 nəfər olub. Serbiya Səhiyyə Nazirliyinin nümayəndəsi martın 31-də xəbərdarlıq edib ki, ölkədə vəziyyət İtaliya və İspaniya ssenarisinə yaxınlaşır.(report)


Oxunma sayı: 4247

Oxşar yazılar