Rusiyadakı Azərbaycan vətəndaşlarının ölkəyə buraxılma vaxtı müəyyənləşdi
- 17:32 - 01 Aprel
Rusiyadakı Azərbaycan vətəndaşlarının ölkəyə buraxılma vaxtı müəyyənləşib.
Avropa.info-nun xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.
“COVID-19-un bölgədə geniş yayılması səbəbi ilə müvəqqəti olaraq, Rusiyadan Azərbaycana səfər edən Azərbaycan vətəndaşlarının 31 Mart tarixindən “Samur” – “Yaraq Qazmalar” sərhəd buraxılış məntəqəsindən keçidi həftənin şənbə günləri müəyyən olunmuş vaxtda təmin ediləcək”, - deyə məlumatda qeyd olunub.