Azərbaycan həkimləri Türkiyə universitetində koronavirusla əlaqədar təlim keçəcək

  • 15:52 - 01 Aprel

Türkiyənin Ege Universiteti bu ölkədə işləyən azərbaycanlı həkim və tibb işçilərinə koronavirusla əlaqədar təlim keçəcək.

Avropa.info Trend-ə istinadən bildirir ki, bunu universitetin rektoru Necdet Budak deyib.

Rektor bildirib ki, təlimlər Azərbaycan tərəfinin Türkiyənin Səhiyyə Nazirliyinə müraciəti əsasında keçiriləcək:

"Türkiyənin müxtəlif tibb müəssisələrində işləyən Azərbaycan vətəndaşları olan həkimlər və tibb işçiləri 1-14 aprel tarixlərində Ege Universitetində təlim keçəcək. Təlimdən sonra həmin şəxslər aprelin 14-də Azərbaycana yola salınacaq və burada tibb işçilərinə infeksiya nəzarəti, xəstə baxımı, təşkilatçılıq kimi məsələlərlə bağlı 3 aylıq təlimlər təşkil edəcək".


Oxunma sayı: 5941

Oxşar yazılar