Ermənistanda koronovirusa qarşı qaydalar sərtləşdi - İctimai nəqliyyat dayandırıldı

  • 15:20 - 01 Aprel

Ermənistanın baş nazir müavini Tiqran Avinyan bütün ölkə ərazisində məhdudiyyətlə bağlı qərar qəbul edib.

Avropa.info xəbər verir ki, yeni qərara görə, özünütəcrid etmiş vətəndaş yaşadığı yeri tərk edə bilməz və bu müddət bitənədək dəyişməz qalacaq. Həmçinin ölkə vətəndaşlarının rayonlar arası fəaliyyəti məhdudlaşdırılıb. Dəmiryolları istisna ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Taksilərə icazə var.

Ölkə ərazisində nəqliyyatın fəaliyyətinə nəzarət edən postlar quraşdırılıb. Qərar 1 apreldə qəbul olunub, 12 aprel 2020-ci ilədək davam edəcək.


Oxunma sayı: 5655

Oxşar yazılar