Koronavirusdan gündəlik ən çox ölüm sayı olan 10 ölkə – Siyahı

  • 15:11 - 01 Aprel

Koronavirus (COVİD-19) infeksiyasına yoluxma zamanı ən çox gündəlik ölüm sayına görə ilk 10 ölkə müəyyən edilib. Avropa.info nocomment.az-a istinadən pandemiya nəticəsində ən çox yeni ölənlərin ilk 10 ölkə üzrə siyahısını təqdim edir.

Ən çox yeni ölüm sayı ilə siyahıya 837 nəfərlə İtaliya başçılıq edir. İkinci yerdə 553 nəfərlə İspaniya durur. Fransa 499 nəfər yeni ölüm sayı ilə 3-cü, Birləşmiş Krallıq 381 nəfər ilə 4-cü yerdədir. ABŞ 290 nəfər yeni ölüm ilə 5-ci və Belçika 192 nəfər ilə 6-cı yerdədir.

Niderland 175 həyatını virusdan yeni itirmiş say ilə 7-ci, İran 141 təzə ölümlə 8-ci, Türkiyə 46 ölmüş insan sayına görə 9-cu yerdə durur. Pandemiyadan ölənlərinin sayı ilə ilk onluğa Almaniya da qoşularaq 37 yeni insan ölümü ilə ilk onluqda sonuncu yerdədir.

Koronavirusdan ən çox yeni ölən ilk 10-luq ölkələrin xəstə sayı 2 761 nəfərdir. COVİD-19 virusundan gün ərzində həyatlarını itirmiş dünya üzrə ən son ümumi insan sayı 3 469 nəfər təşkil edir. Bununla da ilk 10-luqda olan ölkələrin ən son yeni ölmüş xəstələri cəmi dünya üzrə yeni həyatını itirənlərin 90,8%-ni təşkil edir.

31.03.2020 - Yeni ölüm sayına görə ilk onluq

Oxunma sayı: 6095

Oxşar yazılar