Umayra Tağıyevaya yeni vəzifə verildi

  • 15:01 - 01 Aprel

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yeni yaradılan Milli Hidrometeorologiya Xidmətinə rəhbər təyinatı olub.

Nazirliyin Mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Umayra Tağıyeva xidmətin rəhbəri təyin edilib.

Bu təyinata qədər o, Milli Hidrometeorologiya Departamentinin direktoru olub.

Qeyd edək ki, U. Tağıyeva 1990-cı ildən hidrometeorologiya sahəsində çalışır.


Oxunma sayı: 4423

Oxşar yazılar