Kovid-19 təkcə insanlarla deyil, onlar vasitəsilə də yayılır və öldürür

  • 14:51 - 01 Aprel

Çin bioloqları yeni tip koronovirusun müxtəlif ev heyvanlarına necə təsir etməsi ilə bağlı araşdırma nəticəsini açıqlayıblar. 

Avropa.info xəbər verir ki, koronovirus donuz, it, toyuq və ördəklərə təsir etmir, lakin pişikləri hava-damcı yolu ilə xəstələndirə bilər. Tədqiqatda iştirak edən gəlincik, ev heyvanları və quşlar iştirak edib. Təcrübə göstərib ki, gəlinciklərin orqanizminə düşən virus heyvandan heyvana keçə bilər. Lakin insandakı kimi ciddi fəsadlar yaratmır. 

Kovid-19 it, donuz və quşların orqanizmində effektiv şəkildə yayıla bilmir. Ən pis təsiri pişiklərdə göstərib. Virus pişiklərin orqanizminə daxil olaraq öldürür. Xəstə pişik qonşu qəfəsdə yaşayan heyvanı hava-damcı yolu ilə yoluxdura bilir. 

Bu hal belə yeni tip koronovirusun pişiklər yolu ilə yayılmasını deməyə əsas verir.


Oxunma sayı: 7129

Oxşar yazılar