Almaniya XİN: “Qarabağda keçirilən “seçkilər” qanunsuzdur”

  • 14:09 - 01 Aprel

Almaniya martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qondarma “prezident və parlament seçkiləri”ni tanımır.

Avropa.info azvision.az-a istinadən xəbər verir ku, bu barədə Almaniya Federal Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələri üzrə müvəkkili Michael Siebertin bəyanatında bildirilib.

"Biz dünən Dağlıq Qarabağda baş tutmuş "prezident və parlament seçkiləri"ni tanımırıq. Hər iki "seçki" və onların nəticələri qanunsuzdur".


Oxunma sayı: 4357

Oxşar yazılar