Saxlanılan şəxsin evindən silah tapıldı

  • 13:07 - 01 Aprel

Göygöldə saxlanılan şəxsin silah gizlətdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, təqsirli şəxs qismində saxlanılan Ə.Məmmədovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Göygöl rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri aparıb. Nəticədə onun rayonun Qızılqaya qəsəbəsi ərazisində gizlətdiyi tapança və 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb.

Qeyd edək ki, Ə.Məmmədov Cinayət Məcəlləsinin 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələrinə əsasən təqsirli bilinir.


Oxunma sayı: 10330

Oxşar yazılar