Türkiyənin İspaniya və İtaliyaya göndərdiyi yardımda Cəlaləddin Rumi mesajı - Foto

  • 12:18 - 01 Aprel

Türkiyənin Kovid-19 koronovirusundan ən çox ziyan görən və Avropada epidemiyanın mərkəzi olan İspaniya və İtaliyaya tibbi yardım göndərib.

Avropa.info xəbər verir ki, Müdafiə Nazirliyi səlahiyyətində olan hərbi fabriklərdə, tikiş evlərində istehsal olunan maska və geyimlər, bakteriya əleyhinə maddə kimi minlərlə ədəd tibbi ləvazimat Etimesgut aerodromundan karqo təyyarəsi ilə göndərilib. 

Göndərilən ləvazimat yeşiklərinin üzərində italyanca və ispanca Mövlana Cəlaləddin Rumiyə məxsus "Ümidsizliyin ardında neçə ümidlər var. Qaranlığın ardında neçə günəşlər var" ifadəsi və "Türkiyədən ispan xalqına sevgilərlə" ifadəsi yer alıb.


Oxunma sayı: 5677

Oxşar yazılar