Cəlilabadda aztəminatlı ailələrə ərzaq paylanıldı – Foto

  • 12:18 - 01 Aprel

Cəlilabadda aztəminatlı ailələrə ərzaq paylanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Avropa.info-ya verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları karantinlə əlaqədar çölə çıxa bilməyən, tənha yaşayan insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə bağlı nəcib aksiya keçiriblər.

Polis əməkdaşları rayonun müxtəlif ərazilərində olan belə insanlara ərzaq məhsullarından ibarət bağlamalar gətirib və onlara öz evlərində təqdim ediblər. Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan insanlar göstərdikləri diqqətə görə, polis əməkdaşlarına öz təşəkkürlərini ifadə ediblər.

Polis əməkdaşları da həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, karantin rejim qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.


Oxunma sayı: 3686

Oxşar yazılar