Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq

  • 11:50 - 01 Aprel

Türkiyə Cümhuriyyəti olaraq bizim Dağlıq Qarabağ münaqişəsində mövqeyimiz tam bəllidir.

Avropa.info xəbər verir ki, bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Onun sözlərinə görə, Türkiyə bu bölgədə həyata keçirilən hər hansı bir siyasi fəaliyyəti qeyri-qanuni hesab edir:

"Buna uyğun olaraq, martın 31-də işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i Türkiyə olaraq heç bir şəkildə tanımayacağımızı açıqlamışıq. Bu mövzuda mövqeyimiz tam bəllidir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləri də buna qarşı olduqlarını açıqladılar. Bizim bütün düşüncəmiz Dağlıq Qarabağ münaqişəsinin ən qısa zamanda öz həllini tapması və otuz ilə yaxın davam edən ədalətsizliyin, haqsızlığın ortadan qaldırılmasıdır. Tərəfləri müzakirələr yolu ilə həll yolu tapmağa təşviq etməyə çalışırıq. Bu münaqişənin Azərbaycanın torpaq bütünlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində qəbul edilən beynəlxalq aktlara uyğun olaraq ən qısa zamanda həllini arzu edirik".


Oxunma sayı: 3158

Oxşar yazılar