Səudiyyə Ərəbistanından həcc açıqlaması

  • 11:32 - 01 Aprel

Səudiyyə Ərəbistanı həcc və ümrə naziri Məhəmməd Saleh bin Tahir Benten həcc ziyarətinin baş tutub-tutmayacağı ilə bağlı Əl-İhbariyyə telekanalına müsahibə verib.

Avropa.info xəbər verir ki, nazir Səudiyyə Ərəbistanın dünya müsəlmanlarını həcc müqavilələrini imzalamaq üçün Kovid-19 ilə bağlı proseslərin dəqiqləşməsini gözləməyə çağırdığını deyib. 

O, Səudiyyə Ərəbistanın ümrə üçün bu ölkəyə gələn lakin geri qayıda bilməyən 1200 nəfərin müalicəsinin təmin edildiyini, Səhiyyə Nazirliyi ilə koordinasiyalı şəkildə işlədiklərini bildirib.

Benten viza alıb Səudiyyə Ərəbistanına gələ bilməyənlərin xərclərini ödədiklərini deyib.


Oxunma sayı: 5292

Oxşar yazılar