Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır

  • 11:31 - 01 Aprel

Bu ay Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır.

Avropa.info "Report"a istinadla xəbər verir ki, sonuncu dəfə Milli Məclis E.Rüstəmovu bu vəzifəyə 3 aprel 2015-ci il tarixində, 5 il müddətinə təsdiqləyib.

9 aprel 2015-ci il tarixində isə Prezident İlham Əliyev bu təyinatla bağlı sərəncam imzalayıb.

Ümumiyyətlə, 68 yaşlı E.Rüstəmov 25 ildir AMB-yə rəhbərlik edir.


Oxunma sayı: 8757

Oxşar yazılar