Tramp Rusiya və Səudiyyə Ərəbistanı ilə neft danışıqlarının anonsunu verdi

  • 10:26 - 01 Aprel

ABŞ prezidenti Donal Tramp bu sektorun inkişafı üçün Rusiya və Səudiyyə Ərəbistanı ilə dünya bazarında neft qiymətlərinin artımını müzakirə edəcək.

Avropa.info xəbər verir ki, Tramp keçirdiyi mətbuat konfransında bu sözləri deyib:

"Onlar toplaşmağı planlayır, biz hamımızı nə edə bilərik deyə toplaşmağı planlayırıq. Çünki bu sənaye sahəsini itirmək istəmirik. Bu minlərlə və minlərlə iş yeri deməkdir".

Tramp aşağı neft qiymətlərinin bir tərəfdən ABŞ iqtisadiyyatına kömək etdiyini desə də, digər tərəfdən amerikan neft sənayesinə zərbə vurduğunu etiraf edib. O, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla "yaxşı söhbət" keçirdiyini bildirib.


Oxunma sayı: 4445

Oxşar yazılar