İngiltərədən gözlənilməz koronavirus xəbəri

  • 09:33 - 01 Aprel

İngiltərədə səhhətində problem olmadığı müəyyənləşən 13 yaşında bir uşaq koronavirus səbəbindən həyatını itirib.

Avropa.info xəbər verir ki, 13 yaşındakı İsmail Muhəmməd Abdulvahab koronavirusun İngiltərədəki ən gənc qurbanı olub.

Ailəsinin veridyi açıqlamada bunlar deyilib: "İsmaildə xəstəlik əlamətləri görünməyə başladı və nəfəs almaqda çətinlik çəkdi. "Kings College" xəstəxanasına aparıldı. Öncə süni tənəffüs aparatına qoşuldu, sonra süni komaya salındı, amma təəssüf ki, dünən səhər öldü".

Ailəsi uşağın səhhətində əvvəllər heç bir problem olmadığını deyib.

"Kings College" xəstəxanası uşağın koronavirusdan öldüyünü təsdiq edib: "Təəssüf ki, Covid-19 testi pozitiv çıxan 13 yaşındakı bir uşaq həyatını itirdi".

Qeyd edək ki, İngiltərədə yeni tip koronavirusdan (Covid-19) ölənləri sayı bir gündə 393 nəfər artaraq 1801-ə çatıb.


Oxunma sayı: 5556

Oxşar yazılar