Nyu-Yorkda 900 məhbus koronavirusa görə azadlığa buraxıldı

  • 09:25 - 01 Aprel

Nyu-York hakimiyyəti yeni növ koronavirusun yayılması təhlükəsi ilə əlaqədar 900 məhbusu azadlığa buraxıb.

Avropa.info APA-ya istinadən xəbər verir ki, bu barədə şəhər meri Bill de Blazio mətbuat konfransında bildirib.

“Dünən axşam saatlarında 900 məhkum cəzaçəkmə müəssisələrindən azad edildi”, - deyən Blazio rəqəmin hələ son olmadığını da vurğulayıb. Onun sözlərinə görə, kampaniya bundan sonra davam edəcək.

Blazio bunun xroniki və digər xəstəliklərdən əziyyət çəkən məhbusların yoluxmasının qarşısını almaq üçün edildiyini bildirib.


Oxunma sayı: 4577

Oxşar yazılar