İsrail ordusunun Baş Qərargah rəisi və 2 general karantinə alındı - Koronavirus

  • 00:45 - 01 Aprel

İsrail ordusunun Baş Qərargah rəisi Aviv Kochavi və iki general koronavirus tədbirləri ilə karantinə alınıb.  

Avropa.info xəbər verir ki, İsrail ordusundan edilən yazılı açıqlamada 10 gün əvvəl Baş Qərargah rəisi Kochavinin qatıldığı iclasda iştirak edən bir hərbçinin kovid-19 testi pozitiv çıxdığı üçün bu tədbirə əl atılıb. 

Bundan sonra Aviv Kochavi və toplantıda iştirak edən daha 2 general karantinə alınıb. Aviv Kochavi  və daha 2 generalın yaxın günlərdə test ediləcəyinin bildirildiyi açıqlamada, onların ofislərində qarantinə alındıqları qeyd olunub.

Xatırladaq ki, 2 gün öncə kovid-19 testi pozitiv çıxan İsrailin baş naziri Bünyamin Netenyahu da qarantinə alınıb.


Oxunma sayı: 6942

Oxşar yazılar