Cenevrədə BMT əməkdaşları koronavirusa yoluxdular

  • 23:52 - 31 Mart

Cenevrədə BMT strukturunun doqquz əməkdaşında koronavirusa yoluxma təsdiq edilib.

Bu barədə ümumdünya təşkilatının Genevrə qərargahının rəsmi nümayəndəsi Alessandra Velluççi çərşənbə axşamı jurnalistlərə bildirib.

"Martın 30-a olan məlumata görə, BMT-nin Cenevrədəki bölməsinin personalı arasında koronavirusa doqquz yoluxmanı təsdiq edib", - o qeyd edib.

Qeyd edək ki, dünyada koronavirus pandemiyası qurbanlarının sayı 40 672 nəfərə çatıb. İnfeksiya indiyədək 201 ölkə və regionda qeydə alınıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Dünyada koronavirus infeksiyasına indiyədək 824 572 insan yoluxub. Virusdan sağalanların sayı 174 359 nəfərdir.(report)


Oxunma sayı: 11331

Oxşar yazılar