Türkiyədə koronavirus qurbanlarının sayı 214-ə çatıb

  • 22:30 - 31 Mart

Türkiyədə yeni növ koronovirusdan (COVID-19) ölüm sayı 214 nəfərə çatıb.

Avropa.info xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu gün 46 koronaviruslu xəstə ölüb və son 24 saatda 15 422 şübhəli koronavirus testindən keçib, onlardan 2704-nün cavabı müsbət çıxıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 13 531-ə çatıb.

Bu infeksiyaya yoluxanlar arasında indiyədək 243 nəfər müalicə olunub.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, əvvəlki günlə müqayisədə Türkiyədə koronavirus infeksiyasına yoluxanlarla bağlı aparılan analizlərin sayı 25,2 faiz artıb, test müayinələri aparan mərkəzlərin sayı isə 75-ə çatıb.


Oxunma sayı: 5292

Oxşar yazılar