Ərdoğanla Tramp arasında telefon danışığı olub

  • 21:22 - 31 Mart

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb. 

Avropa.info xəbər verir ki telefon söhbətində  ikitərəfli əlaqələr, regional məsələlərlə yanaşı koronavirus pandemiyası ilə bağlı müzakirələr aparılıb. 

Prezidentlər bildiriblər ki, pandemiya ilə mübarizə yalnız beynəlxalq həmrəylik nəticəsində mümkün ola bilər. Liderlər həmçinin pandemiyanın müxtəlif təsirlərinin nəzarətə alınması üçün ən yaxşı tədbirlərin və təcrübələrin tətbiq olunmasını da müzakirə ediblər.


Oxunma sayı: 3983

Oxşar yazılar