Putinin əl verib görüşdüyü həkimdə koronovirus tapıldı - Foto

  • 17:38 - 31 Mart

Rusiya prezidenti Vladimir Putin keçən həftə, 24 mart tarixində koronovirus xəstələrinin müalicə aldığı xəstəxananı ziyarət etmişdi.

Avropa.info xəbər verir ki, Putin xəstəxananın tibb heyəti ilə görüşmüş, xəstəxananın baş həkimi Denis Protsenko ilə əl verib görüşmüşdü.

Russia 24-ün verdiyi xəbərə görə, həkimin Kovid-19 testi müsbət çıxıb.

Məsələ ilə bağlı açıqlama verən Kreml Putinin vəziyyətinin yaxşı olduğunu bildirib.


Oxunma sayı: 7393

Oxşar yazılar