Prezident: "Sahibkarlar işçilərin ixtisarına yol verməməlidir"

  • 17:26 - 31 Mart

"Təqdim etdiyiniz təkliflər genişmiqyaslıdır və bu gün pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqlarını nəzərə alır".

Avropa.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

"Onlara müvəqqəti olaraq dövlət tərəfindən əməkhaqlarının əhəmiyyətli hissəsi ödəniləcək. Eyni zamanda, sahibkarlar da əlbəttə bir də demək istəyirəm ki, işçilərin ixtisarına yol verməməlidir", - deyə dövlət başçısı vurğulayıb.


Oxunma sayı: 3730

Oxşar yazılar