İlham Əliyev: "Azərbaycanda virusa yoluxma və ölüm sayı çox aşağı səviyyədədir"

  • 17:24 - 31 Mart

"Müqayisə apardıqda görürük ki, Azərbaycanda vəziyyət daha yaxşıdır".

Avropa.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, ölkə əhalisinin sayına görə virusa yoluxma və ölüm sayı çox aşağı səviyyədədir: "Ancaq bu əsas vermir ki, biz əldə edilmiş nəticələrlə kifayətlənək. Azərbaycanda bu sahədə işlər görülüb və görüləcək. Bu gündən etibarən gücləndirilmiş qaydalar əminəm ki, müsbət dinamikanı gücləndirəcək. Eyni zamanda çox geniş iqtisadi paket artıq məruzə edildi və yaxın günlərdə icrası nəzərdə tutulur".

"Hesab edirəm ki, bu genişmiqyaslı iqtisadi sosial və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək. Eyni zamanda həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq. Bizim əsas məqsədimiz ilk növbədə vətəndaşların təhlükəsizliyidir, sağlamlığıdır və onların rifahıdır. Və əlbəttə ki, pandemiya dövründə Azərbaycan digər məsuliyyətli ölkələr kimi ilk növbədə vətəndaşların sağlamlığını nəzərə alır. Bütün qalan məsələlər ikinci dərəcə məsələlərdir. O cümlədən iqtisadi inkişafla bağlı olan məsələlər. Halbuki biz bu məsələlərə də mütləq lazımi fikir verməliyik. Çünki insanların həm sağlamlığı, həm rifahı, ümumiyyətlə Azərbaycanda sosial sahədə əsas məsələlərdən biridir. Və insanların sağlamlığına aid olan bütün məsələlər bu gün Azərbaycanda öz həllini tapır və əsas məqsəd bir də demək istəyirəm ki, pandemiyanın miqyasını nəzarətdə saxlamaqdır. Buna biz ilk növbədə nail olmalıyıq. Və bir də demək istəyirəm ki, burada əsas faktor vətəndaşların məsuliyyətidir", - dövlət başçısl deyib.


Oxunma sayı: 3851

Oxşar yazılar