"BP Azərbaycan"ın vitse-prezidenti koronavirusa görə liftin düyməsini ayağı ilə basır - Şok VİDEOya şirkətdən açıqlama

  • 14:25 - 31 Mart

Sosial şəbəkələrdə  bir kişinin əllərini spirtləyərək liftin düyməsini ayağı ilə basmasını əks etdirən videogörüntü yayılıb.

Avropa.info xəbər verir ki, sosial media İstifadəçiləri həmin şəxsin "BP Azərbaycan" şirkətinin vitse-prezidenti Zaur Paşayev olduğunu iddia ediblər.

Şirkətin mətbuat katibi Tamam Bayatlı "qafqazinfo"ya açıqlamasında bildirib ki, yayılan video şirkətin binasında baş verməyib: "Biz araşdırdıq, həmin yer bizim bina deyil, o bizim ofisin lifti deyil. Bəlkə də hansısa yaşayış binasıdır. Videoda görünən şəxsin kimliyini isə araşdırırıq. Amma biz şirkət olaraq kimliyindən asılı olmayaraq bu cür hərəkəti düzgün hesab etmirik".

T. Bayatlı bildirib ki, hazırda Zaur Paşayev gərgin formada iş başında olduğundan onunla əlaqə saxlayıb dəqiqləşdirmə apara bilməyiblər.


Oxunma sayı: 24773

Oxşar yazılar