Türkiyə-İran qaz xəttində partlayış

  • 13:38 - 31 Mart

Türkiyənin Ağrı vilayətində yerləşən Gurbulaq sərhəd-keçid məntəqəsində İrandan Türkiyəyə uzanan qaz kəmərində partlayış baş verib.

Avropa.info xəbər verir ki, partlayışdan sonra baş verən yanğında alovlar 40 metrədək yüksəlib. Türkiyə vaxtı ilə saat 6:00-da baş verən partlayışın səbəbi məlum deyil. 

Partlayış ətraf kəndlərdə təşvişə səbəb olub. Qaz axını dayandırılıb. Yanğınsöndürənlər yanğını söndürmək üçün borudakı qazın qurtarmasını gözləyiblər.

Hadisənin səbəbləri araşdırılır. 


Oxunma sayı: 1904

Oxşar yazılar