“XXI Əsrin Qadınları İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu – Foto

  • 12:46 - 31 Mart

XXI Əsrin Qadınları İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova Şuranın Real TV ilə birgə keçirdiyi "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası çərçivəsində apardığınız monitorinqin nəticələri barədə fikirlərini bölüşüb. 

QHT sədri Avropa.info-ya bildirib ki, İctimai Birlik olaraq QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin başlatdığı kampaniyasına qoşulurlar:

“Bu gündən XXI Əsrin Qadınları İctimai Birliyi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin başlatdığı ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulduq. 

Və bugün biz Bakının Nərimanov, Nəsimi və Səabail rayonunda manitorinq və məlumatlandırma kompaniyasını apardıq. 

Müşahidələr onu göstərdi ki, hələ də əhalinin bir qismi küçələrdədir, uşaqlar velosiped sürür,  uşagı kolyaskada valideyin gəzməyə çıxardıb, əhalinin çoxu maskasızdır. Bundan əlavə olaraq cammatın çoxu bu barədə tam məlumatlı deyil, ciddi yanaşmırlar, adi qrip kimi bilirlər.

Təklif edərdim ki, ilk növbədə olaraq valideyinlərlə maarifləndirici iş aparmalıdır ki,  uşaqları küçəyə buraxmasınlar.Dayanacaqlarda spirt qabları qoyularsa yaxşı olar. 

Maarifləndirici bukletlər olmalıdır, plakatlar hazırlanıb marketlərdə,dayanacalarda və ş yerlərdə vurularsa,məlumatlandırma effektli olar. 

İnanıram ki, həmişə ölkəmizin milli maraqlarını ön planda tutan QHT-lər və tərəfdaş qurumlarla birgə ölkəmizi ciddi şəkildə təhdid edən Koronavirusla mübarizədə bütün resursları səfərbər edərək Şuranın başlatdığı layihəni dəstəkləyəcək, xalqımızın təhlükəsizliyinin və sağlamlığının qorunması naminə üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirəcəyik”.

 

 

 

 

 

 

 


Oxunma sayı: 11210

Oxşar yazılar