ABŞ İraqdakı bazalarına "Patriot"lar yerləşdirdi

  • 12:37 - 31 Mart

ABŞ İraqın Anbar vilayətində yerləşən Ayn əl Əsəd bazasına və Ərbildəki hərbi bazasına "Patriot" HHM sistemləri yerləşdirib.

Avropa.info xəbər verir ki, bu barədə AFP-yə yerli mənbələr məlumat verib. Raket sistemləri Küveytdən gətiriləcək, amma dəqiq hara yerləşdiriləcəyi hələ müəyyən edilməyib. Sistem ballistik raketləri məhv edə biləcək radar və qabaqlayıcı raketlərlə təchiz olunub.

Mənbə iraqlı rəsmilərin ABŞ-ın bu addımından narahat olduqlarını, İranın etirazına səbəb olacağından ehtiyat etdiklərini bildirib. 

Qeyd edək ki, Vaşinqton və Bağdad yanvar ayından etibarən "Patriot"ların yerləşdirilməsi üçün danışıqlar aparırdı.

"Patriot"ları yerləşdirmək üçün ABŞ-ın rəsmi Bağdaddan icazə alıb-almadığı məlum deyil. 


Oxunma sayı: 4643

Oxşar yazılar