ABŞ Mərkəzi Bankı: 47 milyon amerikalı işsiz qala bilər

  • 12:05 - 31 Mart

ABŞ Mərkəzi Bankının (Fed) hesablamasına görə, qarşıdakı üç ayda 47 milyon amerikalı iş yerlərini itirə bilər.

Avropa.info xəbər verir ki, bu halda işsizlik nisbəti 32%-i keçəcək. 

Qeyd edək ki, keçən həftə ABŞ-da 3,28 milyon nəfər işsizlik müavinəti üçün müraciət edib. Bu rəqəmin artması gözlənilir.

Koronovirus epidemiyası ilə bağlı işdən çıxarılma da artır. Pərakəndə mallar satış mağazası "Macy"s 130 min nəfər işçisini müavinət ödəmədən evə göndərib.


Oxunma sayı: 4390

Oxşar yazılar