Vatikanın kardinalı da Kovid-19-a yoluxdu

  • 11:30 - 31 Mart

Vatikana bağlı Roma Yepiskopluğunun vəkili Kardinal Ancelo De Donatisin koronovirusa yoluxduğu açıqlanıb.

Avropa.info xəbər verir ki, kardinalda koronovirusun simptomları özünü göstərdikdən sonra xəstəxanaya çatdırılıb. Analizin nəticəsi müsbət olub.

66 yaşlı kardinalın vəziyyətinin yaxşı olduğu, yaxın vaxtlar ərzində Papa II Fransisk ilə görüşmədiyi bildirilir. 

Qeyd edək ki, Papa II Fransisk iki dəfə Kovid-19 analizi versə də, nəticələr mənfi çıxıb.

Vatikanda 6 nəfərdə koronovirus aşkarlanıb.


Oxunma sayı: 4665

Oxşar yazılar